• 03.05.2024
  • 574
Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir
Mərakeş Krallığının Beynəlxalq Əməkdaşlıq Agentliyi 2024-2025-ci tədris ili üçün Mərakeşin dövlət ali təhsil müəssisələrində təqaüdlü təhsil imkanı təqdim edir. Təqaüd proqramı ali təhsilin bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə  müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Proqram çərçivəsində 10 nəfər Azərbaycan Respublikası vətəndaşının Mərakeşdə təqaüdlə təhsil alması nəzərdə tutulmuşdur.
Təqaüd proqramına müraciət üçün son tarix 7 may 2024-cü ildir.  Proqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.