Qırğız Respublikası HTP
Təqaüd proqramı: Təqaüd proqramı 24 aprel 2024-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq həyata keçirilir. Proqram çərçivəsində Qırğız Respublikasının Təhsil və Elm Nazirliyi Azərbaycan Respublikası vətəndaşları üçün bakalavriat səviyyəsində təhsil almaq imkanı yaradır.
 
Təhsil səviyyəsi: Bakalavriat
 
Kvota: 5 yer
 
Tədris dili: Tədris qırğız və ya rus dili
 
Maliyyələşmə: Təqaüd proqramı çərçivəsində aşağıdakı xərclər qarşılanır:
 
Qırğız Respublikası tərəfindən maliyyələşdirilir:
• Təhsil haqqı;
• Dərs vəsaitləri və kitabxanadan istifadə;
• Yataqxanada yerləşmə;
• İlkin tibbi yardım xərcləri;
• Aylıq təqaüd (Qırğız Respublikasının qanunvericiliyinə uyğun olaraq).
 
Azərbaycan tərəfi və ya tələbə tərəfindən maliyyələşdirilir:
• Beynəlxalq nəqliyyat xərcləri;
• Viza rəsmiləşdirilməsi xərcləri.
 

Təqaüd proqramı barədə daha ətraflı məlumat: hər il yenilənən və əsas səhifədə dərc olunan müvafiq elan vasitəsilə əldə edilə bilər.