Təqaüd proqramı: Təqaüd proqramı 23.01.2021-ci il tarixli "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) Niyyət Məktubu"na uyğun olaraq həyata keçirilir. Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşları üçün doktorantura səviyyəsi və tədqiqat sahəsində təhsil almaq imkanı yaradır.
Təhsil səviyyəsi:
• Doktorantura
• Tədqiqat sahəsi
Yaş meyarı:
• Doktorantura səviyyəsi üzrə – 35 yaşdan aşağı;
• Tədqiqat sahəsi üzrə – 50 yaşdan aşağı.
Kvota:
• Doktorantura – 20 yer
• Tədqiqat sahəsi – 5 yer
Təhsil müddəti:
• Doktorantura səviyyəsi üzrə 4-5 il
• Tədqiqat sahəsi üzrə 3-12 ay
Maliyyələşmə: Təqaüd proqramı çərçivəsində aşağıdakı xərclər qarşılanır:
Türkiyə tərəfindən maliyyələşdirilir:
Doktorantura səviyyəsi üzrə:
• Təhsil xərcləri;
• Yataqxana ilə təmin olunma;
• Təhsil müddətinin əvvəlində və sonunda gediş-gəliş bileti;
• Aylıq yaşayış xərcləri;
• Tibbi sığorta xərcləri;
• Bir illik türk dili kursu.
Tədqiqat sahəsi üzrə:
• Aylıq təqaüd xərcləri
Təqaüd proqramı barədə daha ətraflı məlumat hər il yenilənən və əsas səhifədə dərc olunan müvafiq elan vasitəsilə əldə edilə bilər.