Koreya Respublikası 2026–2027-ci tədris ili üzrə “Qlobal Koreya” (Global Korea Scholarship – GKS) təqaüd proqramını elan edir. Proqram magistratura, doktorantura və tədqiqat istiqamətləri üzrə təhsil almaq istəyən namizədlər üçün nəzərdə tutulub və müxtəlif ixtisas sahələrini əhatə edir.
Təqaüd proqramı beynəlxalq tələbələrin Koreyanın aparıcı ali təhsil müəssisələrində təhsil almasına, elmi-tədqiqat fəaliyyətinə qoşulmasına və akademik mübadilənin genişləndirilməsinə imkan yaradır.
Proqramda iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları onlayn müraciəti tamamladıqdan sonra tələb olunan sənədlərin 1 nüsxəsini əlavə olaraq kağız formatda 25 fevral 2026-cı il tarixinədək Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.
Təqaüd proqramı, seçim meyarları və sənəd qəbulu prosesi ilə bağlı ətraflı məlumat elan mətnində təqdim olunub.