• 17.09.2026
  • 62
“Qlobal Koreya” təqaüd proqramı ilə Koreyada təhsil imkanı
Koreya Respublikası 2027-ci il üzrə bakalavriat səviyyəsində təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün “Qlobal Koreya” (Global Korea Scholarship – GKS) təqaüd proqramını elan edir.
 
Proqrama müraciətlər 30 sentyabr 2026-cı il tarixinədək www.studyinkorea.go.kr səhifəsi vasitəsilə qəbul edilir.
 
Səfirliyin birinci seçim mərhələsindən keçən namizədlər onlayn ərizə formalarının imzalanmış çap variantlarını və tələb olunan təsdiqedici sənədləri Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.
 
Proqramda iştirak şərtləri, tələb olunan sənədlər və müraciət qaydası barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.